“Qisas” əməliyyatı vaxtı Ermənistandan Azərbaycana kiberhücumların sayı məlum olub

Bakı. Trend:

Azərbaycan Ordusu tərəfindən bu ilin avqust ayında keçirilən
“Qisas” antiterror əməliyyatı zamanı Ermənistan tərəfindən
Azərbaycana DDoS hücumlar olub.

Trend Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə
qurumun cari ilin III rübü ilə bağlı yaydığı hesabatda
bildirilib.

“Ən böyük həcmli DDoS hücumu “Qisas” antiterror əməliyyatları
zamanı düşmən ölkə tərəfindən həyata keçirilmiş DDoS hücumlar olub.
Belə ki, həmin DDoS hücumların həcmi 40 Gbps – 137 Gbps qədər
artmış sorğu sayı isə saniyədə 19,000,000 pps həddinə çatıb. 8 gün
davam edən DDoS kiberhücumları ümumilikdə 78 informasiya resursunu
(15-i dövlət) hədəf alsa da “AzStateNet” istifadəçiləri olan 11
dövlət informasiya resursunun fasiləsiz fəaliyyət göstərməsi
tərəfimizdən təmin edilib”, – deyə hesabatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir