Rusiya istiqamətində sərhədi pozmağa cəhd göstərən 9 Pakistan vətəndaşı saxlanılıb – DSX

Bakı. Trend:

Noyabr ayının 21-də saat 05:50-də Dövlət Sərhəd Xidmətinin (DSX)
Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun
Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti
ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası
istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 9 (doqquz)
nəfər Pakistan İslam Respublikası vətəndaşları saxlanılmışdır.

DSX-dən Trend-ə bu gün verilən məlumata görə, araşdırma zamanı
saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha
sonra dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya
Federasiyası istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə
miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq
zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri
davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir