Şəhid Zəka Abışovun anım günü keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün 23.11.2022-ci il torpaqlarımızın azadlığı uğrunda gedən
döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin,
Zəka Zakir oğlu Abışovun şəhadətə ucaldığı gündən iki il ötür.

Şəhid Zəka Zakir oğlu Abışovun il mərasimi keçirilib. Şəhidin
ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı
Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, Milli Məclisin
deputatı Aydın Hüseynov, rayonun hüquq mühafizə orqanlarının
rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri,
aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak
ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib, sonra isə məzarı üzərinə gül dəstələri qoyulub.

Daha sonra şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla
bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz
açıblar. Şəhidlərin ruhlarına dualar oxunmuşdur. Çıxış edənlər
şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə
rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir