Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Noyabrın 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bu gün Trend-ə verilən
məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti olacaq.
Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer
təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi
rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və
səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti,
dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir