Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcminin artırılmasını nəzərdən keçirmək lazımdır – Cahit Bağcı

Bakı. Trend:

Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində
yükdaşımaların həcminin artırılması məsələsini nəzərdən keçirmək
lazımdır.

Trend-in məlumatına görə, bunu bu gün
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Üfüqdə fürsətlər:
Qadın sahibkarlara yaşıl işıq” Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında ticarət
dövriyyəsinin həcmini 15 milyard dollaradək çatdırmaq
planlaşdırılır.

Səfir qeyd edib ki, son dörd il ərzində ticarət dövriyyəsi 3,6
milyarddan 5,2 milyard dollaradək artıb.

C.Bağcı əlavə edib ki, bu gün iki ölkə arasında ticarət əsasən
neft və qazı əhatə edir.

“Tarixi İpək yolunun kəsişməsində yerləşən Azərbaycan böyük
imkanlara malikdir. Azərbaycanın iqtisadiyyatının ciddi inkişaf
potensialı var”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir