Türkiyədə baş verən zəlzələ nəticəsində 93 nəfər xəsarət alıb – Nazir

Bakı. Trend:

Bu səhər İstanbul yaxınlığında baş verən zəlzələ nəticəsində 93
nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bunu çərşənbə günü özünün “Twitter”
səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca yazıb.

“Son məlumatlara görə, episentri Düzcədə olan zəlzələ
nəticəsində xəsarət alanların sayı 93 nəfərdir. 37 yaralı, onlardan
birinin vəziyyəti ağır – Düzcədə; İstanbulda – 2, Boluda – 14,
Zonquldağda – 10, Sakaryada – 26 və Bursada – 4. 17 nəfərin
xəstəxanalarda müalicəsi davam edir”, – deyə nazir bildirib.

Xatırladaq ki, çərşənbə günü səhər İstanbul yaxınlığındakı
Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri Düzce vilayətində, ocağı isə 6,8 km dərinlikdə
yerləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir