Türkiyədə zəlzələdən sonra iki ölüm faktı qeydə alınıb

Bakı. Trend:

Türkiyənin Düzce vilayətində baş vermiş 5,9 bal gücündə
zəlzələdən sonra iki ölüm faktı qeydə alınıb.

Trend Türkiyə
KİV-lərinə istinadən məlumat verir ki, 48 yaşlı kişi və 63 yaşlı
qadın ürəktutması nəticəsində vəfat edib.

Ümumilikdə, yaralananların sayı 50 nəfər təşkil edib.

Bu gün səhər saatlarında baş verən yeraltı təkanlar İstanbul,
Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi
ətraf şəhərlərdə də hiss olunub. Zəlzələdən sonra çoxlu sayda
afterşok qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir