Zəngəzur dəhlizi Azərbaycanın tranzit potensialını artıracaq – Rövşən Rüstəmov

Bakı. Trend:

Zəngəzur dəhlizi Azərbaycanın tranzit potensialını artıra
bilər.

Trend bu gün
xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində “Azərbaycan
Dəmir Yolları” QSC-nin İdarə heyətinin sədri Rövşən Rüstəmov
deyib.

Onun sözlərinə görə, bu dəhliz daha qısadır və Avropaya daha
səmərəli çıxış imkanları təqdim edir.

Azərbaycanın azad edilmiş ərazilərində digər layihələr barədə
danışan R.Rüstəmov bildirib ki, ümumi uzunluğu 110,4 kilometr olan
Horadiz-Ağbənd dəmir yolunun tikintisi işlərinin 38 faizi,
layihələndirmə işlərinin 78 faizi başa çatıb.

“47,1 kilometrlik Bərdə-Ağdam dəmir yolu üzrə hazırda
layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin 58 faizi başa
çatıb. Bu layihələri 2023-2024-cü illərdə istismara verməyi
planlaşdırırıq”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir