Əlvida, Nensi! Erməni separatçıları ABŞ-da öz müttəfiqlərini itirdi

Bakı. Trend:

Ermənistan nəhayət etiraf etməlidir ki, onun iki stulda oturmaq,
yəni müxtəlif tərəfdarlar arasında balans yaratmaq cəhdləri sonda
əks nəticələrə gətirib çıxaracaq.

Trend cümə
axşamı xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin xüsusi
tapşırıqlar üzrə səfiri Pərvin Mirzəzadənin ABŞ Konqresinin
Nümayəndələr Palatasının spikeri postunu bir müddət əvvəl itirmiş
və təxribat xarakterli hərəkətləri Azərbaycan və Ermənistan
arasında münasibətlərin normallaşmasına qarşı yönəlmiş Nensi Pelosi
ilə bağlı məqaləsində deyilir.

Onun sözlərinə görə, ABŞ-dakı erməni diasporunun “böyük dostu”
və separatçılığın tərəfdarı olan Nensi Pelosi ermənipərəst lobbinin
fəal üzvü kimi ABŞ Konqresində daim Ermənistanın lehinə çıxış edib,
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin təxminən 20
faizini işğal etməsi, 1 milyona yaxın dinc sakini oradan qovması
faktı barədə fikir bildirməyib.

“Ermənistan həmişə Pelosini ABŞ-da diaspordan “az” pul
müqabilində istənilən vaxt Türkiyə və Azərbaycan əleyhinə istənilən
təşəbbüsü dəstəkləməyə hazır olan əsas erməni lobbiçisi hesab
edib”, – P.Mirzəzadə yazıb.

Xüsusi tapşırıqlar üzrə səfir haqlı olaraq bildirib ki,
Ermənistanın Azərbaycanın sülh təkliflərini qəbul etmək və regionda
uzunmüddətli sülh və sabitliyə gətirib çıxaracaq dialoqa başlamaq
imkanı var.

“Pelosinin yaşını nəzərə alsaq, onun Ermənistanı daha da
“demokratikləşdirməyə” vaxtı azdır. Lakin, təbii ki, o, vaxtaşırı
Konqres iclaslarında erməni diasporunun ianələrindən istifadə
edərək Azərbaycana və Türkiyəyə qarşı erməni dostlarını
dəstəkləyəcək. Erməni dostları ona arxayınlıqla “əlvida Nensi,
əlvida!” “çoxdan gözlədik və ümid etdik, siz isə liderlərindən biri
olduğunuz Demokrat Partiyasının dəstəyi ilə səs qazana bilməyərək
bizi məyus etdiniz” deyə bilərlər”, – P.Mirzəzadə vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir