161 avtobusun hərəkət intervalında gecikmələr var

Bakı. Trend:

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan
məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan
nəqliyyat sıxlıqları səbəbindən 48 müntəzəm marşrut xətti üzrə 136
avtobusun hərəkət intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, gecikmələr
əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə olunur:

1. Bakı-Sumqayıt şosesi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi –
Moskva prospekti – 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14,
18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli
müntəzəm marşrut xətlərindəki avtobuslararası 13-18 dəqiqə gecikmə
müşahidə olunur.

2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə
kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk
prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər
olan hissə – köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində 7A, 7B,
11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki
avtobuslararası intervallarda gecikmə 14-19 dəqiqə gecikmə müşahidə
olunur.

3. Binəqədi şosesi – Şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də
həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm
marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə
gecikmə müşahidə olunur.

4. Heydər Əliyev pr. şəhər istiqamətində (Bağirov körpüsü,
Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq. Bu səbəbdən də həmin
ərazidən keçən 1, 2, 38, M8, E1 nömrəli müntəzəm marşrut
xətlərindəki avtobuslararası intervallarda 14-17 dəqiqə gecikmə
müşahidə olunur.

5. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küç,
Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125,
127, E1 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda
13-16 dəqiqə gecikmə müşahidə olunur.

6. Babək prospekti – şəhər istiqamətində. Bu səbəbdən də həmin
ərazidən keçən 30, 49 nömrəli müntəzəm marşrut xətlərindəki
avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə
olunur.

7. Afiyəddin Cəlilov – Yusif Səfərov küçələrinin kəsişməsindən
keçən 1, 2, 4, 10, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut
xətlərindəki avtobuslararası intervallarda 8-13 dəqiqə gecikmə
müşahidə olunur.

8. Aeroport şosesi –Koroğlu metrosu istiqamətində 204, Q1 ,160
,62 ,24 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası
intervallarda 12-16 dəqiqə gecikmə müşahidə olunur.

9. Zabrat şosesi – Şəhər istiqamətində – Bu səbəbdən də həmin
ərazidən keçən 40, 131, 163, 216, 217, M8 nömrəli müntəzəm marşrut
xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə
müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir