ABŞ-da atışma olub, bir neçə məktəbli yaralanıb

Bakı. Trend:

ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) gözəllik
salonu yaxınlığında atışma baş verib.

Trend xəbər verir ki, bu barədə yerli polisə istinadən “CBS”
telekanalı məlumat yayıb.

Məlumata əsasən, atışma nəticəsində 4 məktbəli yaralanıb. Onlar
yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri
stabildir.

Qeyd edilir ki, məktəblilərə gözəllik salonunun qarşısından
keçən avtomobildən atəş açılıb.

İnsidentin səbəbi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir