Allahşükür Paşazadə Mərakeşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə Mərakeş Krallığının Fəs şəhərində keçirilən Birləşmiş
Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının IX Qlobal Forumunda
iştirakı çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri
ilə görüş keçirmişdir.

Mərakeş Krallığının ali dəstəyi və evsahibliyi, Birləşmiş
Millətlər Təşkilatının Baş katibi cənab Qutterişin iştirakı,
Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi cənab Moratinosun və
qərargahı Azərbaycanda yerləşən Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən BMT-nin “Sülh
Alyansına Doğru: Vahid bəşəriyyət olaraq birlikdə yaşamaq”
forumunun işində Mərkəzin Həm-sədri, Latviyanın sabiq Prezidenti
xanım Vayra Vike-Freyberqa, İSESCO-nun sabiq Baş Direktoru
Əbdüləziz əl-Tuveycri, Gürcüstanın sabiq Prezidenti Qiorqi
Marqvelaşvili, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bosniya və
Herzeqovinanın sabiq Prezidenti Mladen İvaniç, Latviyanın sabiq
Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq Prezidenti Petar
Stoyanov, Çexiyanın sabiq Baş naziri Yan Fişer, Ərəb Dövlətləri
Liqasının sabiq Baş katibi Amr Musa, İsrailin sabiq xarici işlər
naziri Tzipi Livni, Gürcüstan sabiq baş nazirinin müavini Eka
Tkeşelaşvili, BMT-nın 73-cü və 75-ci Baş Assambleyalarının
Prezidentləri Maria Fernanda Espinoza və Volkan Bozkır iştirak
edib.

Şeyxülislam Allahşükür Paşazadə Mərkəzin üzvləri ilə görüş
zamanı Azərbaycanın 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi ilə Ermənistanın hərbi təcavüzünə son qoyaraq,
dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa etdikdən
sonra işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində
dağıdılmış və təhqirə məruz qalmış dini-mədəni abidələrimizin,
məscidlərlə yanaşı digər dini məbədlərin bərpa edilməsi, aparılan
genişmiqyaslı yenidənqurma işləri ilə bağlı məlumat vermişdir.
Görüş iştirakçılarının hərbi əməliyyatların 2 il öncə başa
çatmasına baxmayaraq Ermənistanın ərazilərimizi tərk edərkən həyata
keçirdiyi genişmiqyaslı minalama əməliyyatları nəticəsində hələ də
250 nəfərin həlak olması, yüzlərlə insanın yaralanması, buna rağmən
Ermənistanın minalama xəritələrini təqdim etməkdən yayınması faktı
xüsusilə diqqətini çəkmişdir. Vurğulanmışdır ki, Azərbaycanın qalib
tərəf olduğu halda bütün bunlara baxmayaraq yenə də sülhə dəvət
edən tərəf olması olduqca təqdirəlayiqdir.

Görüş iştirakçıları Azərbaycanın multikultural modelinin
unikallığını xüsusi qeyd edərək ölkəmizdə hökm sürən dinlərarası
harmoniyanın və yüksək səviyyəli dövlət-din münasibətlərinin bütün
dünya üçün örnək olduğunu dilə gətiriblər.

Görüşün sonunda A. Paşazadə Nizami Gəncəvi Mərkəzinin üzvlərini
növbəti Bakı səfərləri zamanı qəbul etməkdən məmnunluq duyacağını
ifadə etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir