“Avtovağzal” stansiyasında gərginlik düşüb, stansiyada problem yaranıb

Bakı. Trend:

Metronun “Avtovağzal” stansiyasında problem yaranıb.

Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar
Məmmədov Trend-ə açıqlamasında bildirib ki, gərginlik düşməsi
nəticəsində “Avtovağzal” stansiyasında saat 11:55-də işıqlanma
sistemində problem yaranıb.

“4 dəqiqədən sonra işıqlanma bərpa olunub. Bənövşəyi xətt üzrə
qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda problem tam
aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir”,-
B.Məmmədov deyib.

O bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır. Digər
detallar məlum olduqca informasiya veriləcək. Qeyd edək ki, bir
neçə gün əvvəl də “Avtovağzal” stansiyasında oxşar problem
yaranmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir