Azərbaycan gimnastları öz proqramlarını çox gözəl icra edirlər – Avstraliyalı məşqçi

Bakı. Trend:

Azərbaycan gimnastları öz proqramlarını çox gözəl icra edir,
onların çıxışını izləmək maraqlı idi.

Bunu bu gün Trend-ə Avstraliya komandasının qrup hərəkətləri üzrə
məqşçisi Kayli Anderson deyib.

“Bu, mənim Azərbaycana ilk səfərimdir. Təlim-məşq toplanışları
bir neçə gün əvvəl başlayıb və məhsuldar davam edir. Sabah biz
Gürcüstana, sonra isə Sinqapura təlim-məşqə yollanacağıq. Bakıda
gimnastika arenasında toplanış idmançılarımızı hazırlamaq üçün
gözəl imkandır. Burada məhsuldar məşqlər üçün bütün şərait
yaradılıb”, – deyə o bildirib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə
Avstraliya milli komandasının təlim-məşq toplanışı keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir