Azərbaycan Mərkəzi Bankı açıq bankçılıq üzrə yol xəritəsi hazırlayır

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı açıq bankçılıq üzrə yol xəritəsi
hazırlayır.

Trend-in
məlumatına görə, bunu Mərkəzi Bankın IT departamentinin rəhbəri
Sahib Həsənov bu gün VI Beynəlxalq bankçılıq forumunda deyib.

Onun sözlərinə görə, yol xəritəsi 2025-ci ilədək müddəti əhatə
edəcək.

“Hesab edirik ki, açıq bankçılıq maliyyə alətlərinin, eləcə də
ümumilikdə iqtisadiyyatın inkişafına töhfə verəcək. Bundan başqa,
beynəlxalq standartlar əsasında açıq bankçılığın API
standartlarının hazırlanması nəzərdə tutulur. Bu gün API
standartları 60 ölkədə tətbiq olunur”, – deyə o bildirib.

S.Həsənov qeyd edib ki, ölkədə açıq bankçılığın tətbiqinə imkan
verəcək qanunların qəbul olunması və yerli bankların bu
konsepsiyaya inteqrasiyası gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir