Azərbaycanda hər ay “Apple Pay” və “Google Pay” vasitəsilə iki milyona yaxın əməliyyat aparılır

Bakı. Trend:

Azərbaycanda hər ay “Apple Pay” və “Google Pay” vasitəsilə iki
milyona yaxın əməliyyat aparılır.

Trend-in
məlumatına görə, bunu bu gün Azərbaycan Banklar Assosiasiyasının
Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun
rəhbəri Tamerlan Rüstəmov deyib.

Onun sözlərinə görə, 2022-ci il oktyabrın birinədək Azərbaycanda
12 milyondan çox kart buraxılıb. O qeyd edib ki, ölkədə elektron
kommersiyanın dövriyyə həcmi 1,7 milyard manata çatıb.

“Bu kartların 70 faizi təmassızdır. Bundan başqa,
istifadəçilərin böyük əksəriyyəti adətən üç müxtəlif bankın kartına
sahibdir”, – T.Rüstəmov deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir