Bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvləri yüksək səviyyədə çıxış edirlər – bolqarıstanlı gimnast

Bakı. Trend:

Bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvləri yüksək
səviyyədə çıxış edirlər.

Bu barədə Trend-ə
Bakıda səfərdə olan bolqarıstanlı gimnast Tanya Stavreva deyib.
Gimnast qrup komandasının heyətində çıxış edir.

Tanya Stavrevanın çıxış etdiyi olduğu komanda beynəlxalq
yarışlarda bir çox mükafatlar qazanıb, o cümlədən Florensiyada
bədii gimnastika üzrə Avropa çempionatının (1986), Varnadakı dünya
çempionatının (1987), Helsinkidəki Avropa çempionatının (1988)
qızıl medalını qazanıb.

“Azərbaycanda ilk dəfə oluram, burada gördüyüm hər şey, tanış
olduğum hər kəş xoş, çox isti təəssüratlar doğurur. Azərbaycanda
Milli Gimnastika Arenasında yaradılan şərait həm məşqçilər
korpusunun, həm də gimnastların məhsuldar işləməsini təmin etmək
məqsədi daşıyır”, – deyə idmançı bildirib.

O qeyd edib ki, Azərbaycana səfəri həm işgüzar səfərdir, həm də
ölkənin paytaxtını görmək imkanıdır:

“Azərbaycan Gimnastika Federasiyasının necə peşəkar və ahəngdar
işlədiyi barədə çox eşitmişəm və indi bunu öz gözlərimlə görmək
imkanım var. Səfər zamanı mən master-klass keçirməyi
planlaşdırıram”.

O, həmçinin Azərbaycanın gənclər və idman nazirinin müavini
Mariana Vasileva ilə isti, dostluq münasibətlərinin olduğunu qeyd
edib:

“Mariana Vasilevanın həmişə böyük potensialı olub və mən şadam
ki, bu, nazir müavini vəzifəsində özünü doğruldur. Ona işlərində
böyük uğurlar arzulayıram”.

T.Stavreva əlavə edib ki, Azərbaycan gimnastlarının
Bolqarıstanda keçirilən bədii gimnastika üzrə dünya çempionatında
çıxışlarını görüb:

“Azərbaycan gimnastlarının yaxşı hazırlıq keçiblər. Baxdığım
çıxışlar gimnastların xoreoqrafiyası, gözəl geyimləri ilə məni
valeh etdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir