Bakıda Aqro-turizm, aqro-biznes və ərzaq məhsullarının istehsalının təşviqi ilə bağlı konfrans keçirilib

Bakı. Trend:

Bu gün Bakıda “Aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq
məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin
yaradılması və inkişafı” adlı konfrans keçirilib.

Trend-in məlumatına görə, konfrans Avropa İttifaqı tərəfindən
maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən
həyata keçirilən “Aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq
məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin
yaradılması və inkişafı” adlı layihənin bağlanışına həsr
edilib.

Konfransda Azərbaycan Respublikası hökumətinin nümayəndələri,
Milli Məclisin komitə sədrləri və üzvləri, beynəlxalq təşkilatların
nümayəndələri, kiçik və orta sahibkarlar, fermerlər, turizm
sektorunun nümayəndələri, vətəndaş cəmiyyəti üzvləri, KİV
nümayəndələrinin iştirak edib.

Tədbirin əvvəlində İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri,
deputat Vüqar Bayramov layihə haqqında ətraflı məlumat verib. O
qeyd edib ki, Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmış
bu layihədən 3000 fermer və onların ailələri, 500 gənc kişi və
qadın, 10000 yerli icma sakini, 4000 ekoturizm istifadəçisi, tələbə
və turistlər faydalanıb.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri
Orxan Məmmədov, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter
Mixalko, Milli Məclisin Kənd Təsərrüfatı Komitəsinin sədri Tahir
Rzayev, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev və digər
qonaqlar çıxış edib.

Tədbirin davamında İqtisadi və Sosial İnkişaf Mərkəzinin
əməkdaşı Emin Məmmədov layihənin nəticələrini təqdim edib. Aqrar və
turizm sektorunun hazırkı vəziyyətinin qiymətləndirilməsi ilə bağlı
fikirlərini Aqrar və Turizm sektoru üzrə ekspert Rəşad Həsənov
bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir