Bakının daha bir hissəsində evlər sökülür, 300 manat kirayə haqqı verilir (FOTO)

Bakı. Trend:

Bakı şəhəri Sabunçu rayonunda bir və iki mərtəbəli evlərin
söküntüsünə başlanıb.

Hazırda söküntü Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39,
41 və 43 ünvanlarında aparılır. Sakinlər bildiriblər ki, bəzi
vətəndaşlar aylıq 300 manat kirayə haqqı alaraq evlərdən çıxıblar.
Köçmək istəməyən vətəndaşlarla danışıqlar aparılır.

Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Trend-in sorğusuna cavab
olaraq verilən məlumata görə, Bakı şəhərinin digər rayonlarında
olduğu kimi, Sabunçu rayonunda da istismar müddəti başa çatmış
qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsi
və binaların sökülərək yerində yeni çoxmənzilli binaların inşa
edilməsi istiqamətində işlər aparılır:

Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43
ünvanlarında yerləşən yaşayış binalarından sakinlərin köçürülməsi
və sökülməsi işlərinə başlanılıb. Bina sakinlərinin qarşılıqlı
razılıq əsasında həmin binaların yerində müasir standartlara uyğun
olaraq yeni inşa ediləcək çoxmənzilli yaşayış binalarından tam
təmirli mənzillərlə təmin edilməsi, mənzildən imtina edən sakinlərə
isə müvafiq kompensasiyaların verilməsi nəzərdə tutulub. Hər
kvadrat metrə görə sakinlərə min manat ödənilməsi nəzərdə
tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir