Baş prokuror işgəncə faktları ilə bağlı səslənən iddialara münasibət bildirib

Bakı. Trend:

Baş prokuror Kamran Əliyev işgəncə faktları ilə bağlı səslənən
iddialara münasibət bildirib.

Trend-in məlumatına görə, Baş prokuror Elmi Məsləhət Şurasının
iclasında deyib ki, narkotik işlərinə əsasən, tutulan şəxslər
adətən saxlanılarkən və istintaq dövründə işgəncələr aldığı barədə
ifadələr verirlər.

O qeyd edib ki, işgəncə faktları ilə bağlı əsasən
təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı ifadə verir: “Bu
məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki
bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özünü kənarda saxlamaq
niyyəti ilə bu yola əl atırlar. Bu məsələlər çox ciddi şəkildə
araşdırmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir