DÇ-2022: Portuqaliya millisi Qana üzərində qələbə qazanıb

Bakı. Trend:

Portuqaliya millisi Qətərdə 2022-ci ildə keçirilən futbol üzrə
dünya çempionatının qrup mərhələsinin 1-ci turunun oyununda Qana
yığmasını məğlub edib.

Trend-in
məlumatına görə, Dohadakı “Stadion 974” stadionunda keçirilən görüş
3:2 hesabı ilə başa çatıb. Qalib komandanın heyətində qolları
Kriştiano Ronaldo (penalti), Joao Feliks və Rafael Leau vurub. Qana
komandasından qolları Andre Ayyu və Osman Bukari vurublar.

Bu dəqiq zərbə ilə K.Ronaldo tarixdə beş dünya çempionatında qol
vuran ilk futbolçu oldu. 37 yaşlı futbolçu daha əvvəl 2006, 2010,
2014 və 2018-ci il dünya çempionatlarında qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir