Elnur Rzayev şəhid ailələri ilə birlikdə qəhrəman oğulların məzarını ziyarət edib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Xaçmaz rayon
təşkilatının sədri, şəhid ailələri və qazilər Xaçmaz şəhər və
Qaraqurdlu kənd qəbristanlığını ziyarət ediblər. Vətənimizin ərazi
bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz
xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə
çiçəklər düzülüb.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ziyarət zamanı
şəhidlərin keçdiyi döyüş yolundan və onların göstərdiyi
şücaətlərdən dasnışıb. 44 günlük Vətən müharibəsi tariximizin
parlaq və unudulmaz səhifəsi kimi yaddaşlarda qalacağı vurğulanıb.
İcra başçısı qeyd edib ki, Vətən müharibəsində birlik və həmrəylik
nümayiş etdirərək “Dəmir yumruq” kimi birləşən Azərbaycan
vətəndaşları çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək
işğala son qoyublar.

Şəhid ailələri də öz növbələrində dövlətin hər zaman diqqət və
qayğısını hiss etdiklərini qeyd ediblər. Göstərilən diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir