Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqla öz gələcəyi üçün məsuliyyəti üzərinə götürməlidir – Səfir

Bakı. Trend:

Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqla öz gələcəyi
üçün məsuliyyəti üzərinə götürməlidir.

Trend-in məlumatına görə, bu
barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun
İsrailin “Jerusalem Post” qəzetində dərc olunan məqaləsində
deyilir.

Səfir qeyd edir ki, Ermənistanın Azərbaycan ərazilərinin otuz
illik işğalının gətirdiyi bütün bəlalara baxmayaraq, Azərbaycan
Prezidenti İlham Əliyev ölkənin qətiyyətli hərbi qələbəsindən və
2020-ci ilin noyabrında hərbi əməliyyatların dayandırılmasından
dərhal sonra Ermənistanı sülh razılaşması əldə etməyə çağırdı.

Məqalədə deyilir ki, müstəqil, sürətlə inkişaf edən dövlətin
lideri kimi Prezident İlham Əliyev əmindir ki, dayanıqlı sülh bütün
regionumuz üçün davamlı təhlükəsizliyin və inkişafın ən yaxşı
təminatıdır.

Səfir qeyd edib ki, Azərbaycan nəqliyyat və iqtisadi əlaqələrin
bərpasının əhəmiyyətini anlayır və hazırda uğurlu iqtisadi
əməkdaşlıq vasitəsilə regional inteqrasiyaya, iri infrastruktur
layihələrə və rifaha dəstək siyasətini təşviq edir.

“Hazırda müşahidə etdiyimiz hal Ermənistanın mövcud olduğu
regionun tam inteqrasiya olunmuş bir hissəsi olmamaq üçün səy
göstərməsinin əksinə olaraq, Azərbaycanın praqmatik, reallığa
əsaslanan yanaşmasıdır”, – E.Süleymanov yazıb.

Müəllif yazır ki, sülhün gətirə biləcəyi dividendlər
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının
əsas elementidir və bu gün Ermənistan nəhayət bunu dərk
etməlidir.

“Ötən iki ilin açıq şəkildə göstərdiyi odur ki, sülh sazişinin
imzalanmasının ləngiməsi İrəvanın mövqeyini yaxşılaşdırmadı,
əksinə, onu daha təhlükəli vəziyyətə saldı. İndi Ermənistanın
hərəkətə keçməsi və qeyri-müəyyən bəyanatlardan sülhə keçməyə real
hazır olduğunu nümayiş etdirməsi lazımdır”, – səfir yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir