Ermənistan üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir – Ceyhun Bayramov

Bakı. Trend:

Ermənistan üçtərəfli bəyanatla bağlı destruktiv addımları
qəbuledilməzdir.

Trend-in xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov
bu gün ADA Universitetində Ağdam Beynəlxalq Konfransı çərçivəsində
çıxışından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın bu addımları post-münaqişə
dövründə münasibətlərin normallaşmasına vurulan ən ciddi
zərbədir.

“Üçtərəfli bəyanatın fundamental prinsipləri pozulur. Həmin
prinsiplər sırasında bütün erməni hərbi birləşmələrinin Azərbaycan
ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetrilmir”, – deyə
C.Bayramov əlavə edib.

Xəbər yenilənəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir