Ermənistanın hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır – MN

Bakı. Trend:

Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun
bölmələri tərəfindən guya atəş açılması nəticədə qarşı tərəfin
hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə
nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat
verilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – müdafiə qurumu
vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir