FHN qanunsuz tikintinin qarşısını alıb (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması
istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam
etdirir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, belə ki, Bakı
şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-30-cu kilometr ünvanında
“Caspian Survey and Vetting Services Ltd” MMC tərəfindən müvafiq
icazəverici sənədlər olmadan 1000 kvadratmetr sahədə qeyri-yaşayış
obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər
nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə
götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir