Filippinin şimalında 5,5 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Filippin arxipelaqının şimal hissəsindəki Luzon adasında cümə
axşamı axşam saatlarında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə Honq Konq Rəsədxanası Seysmoloji Şəbəkə
bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Laoaq şəhərindən
34 km şimal-şərqdə yerləşib. Ocağın dərinliyi barədə məlumat
verilməyib. Ölənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir