Fransada Makronun seçki kampaniyasının maliyyəsi ilə bağlı araşdırmaya başlanılıb

Bakı. Trend:

Fransada 2017-ci il seçkilərində Fransa prezidenti Emmanuel
Makronun seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi
şübhəsi ilə bağlı araşdırmalara başlanılıb.

Trend-in
məlumatına görə, bu barədə “Le Parisien” qəzeti xəbər verib.

Məlumata əsasən, ölkənin milli maliyyə prokurorluğu noyabrda
ibtidai istintaqa başlayıb və bu, üç müstəntiq hakiminə həvalə
edilib. Onlardan biri 2017-ci ildə keçmiş baş nazir Fransua Fiyona
qarşı ittihamlar irəli sürən Serj Turnerdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir