İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli
Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası
keçirilib.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat
yayıb.

İclasın gündəliyində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlərdən” biri olan “Rəqabətli insan kapitalı və
müasir innovasiyalar məkanı”nın yaradılmasından çıxış edərək
İnformasiya və Kommunikasiya Texnologiyaları sektorunun təşviqinə
yönəlmiş qanunvericiliyə dəyişiklik layihələri, o cümlədən, elmi
tədqiqat və kadr hazırlığı proqramları ilə yanaşı, texnopark,
vergi, sosial müdafiə, gömrük, miqrasiya qanunvericiliyinə
dəyişikliklər, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində
dəyişiklik edilməsi haqqında” qanun layihəsinə son dəyişikliklər,
monetar siyasət və banklararası bazarın inkişafı məsələləri ətraflı
müzakirə olunub.

İclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin,
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, Mərkəzi Bankın
sədri Taleh Kazımovun və Aqrarkredit” QSC-nin İdarə
Heyətinin sədri Məmməd Musayevin məruzələri dinlənilib.

Yekunda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub
və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir