İstanbul Ticarət Universiteti Keyfiyyət İdarəetmə Sistemi Sertifikatı ilə təltif edilib (FOTO)

Bakı. Trend:

Ali təhsil xidmətlərinin göstərilməsində keyfiyyət yönümlü
idarəetmə sisteminə əsaslanan İstanbul Ticarət Universiteti
“İnzibati Fəaliyyətlər” çərçivəsində Türk Standartları İnstitutu
tərəfindən (TSE) TS EN ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi
Sertifikatı ilə təltif edilib.

TurkicWorld-ə İstanbul Ticarət Universitetindən verilən məlumata
görə, TS EN ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminə inteqrasiya
işləri 2021-ci ilin aprel ayından etibarən TİCARET-də inzibati
vahidlərin fəaliyyətləri çərçivəsində Strategiya İnkişafı
Rəhbərliyi Keyfiyyət İdarəetmə Sistemi prosesinin rəhbərliyi
altında həyata keçirilir. Keyfiyyət İdarəetmə Sisteminin qurulması
üçün inzibati vahid fəaliyyətləri çərçivəsində, TİCARƏT İnzibati
Vahidlər Keyfiyyət Təlimatları, 20 əsas proses və bu proseslərin
PUKÖ dövrünü təmin etmək üçün sistem quruluşu, risk və fürsət
təhlilləri və sistemə aid 880 sənədləşdləşmə hazırlanıb.

Aparılan araşdırmalara uyğun olaraq TİCARET-də “Universitet
Xidmətləri üçün İnzibati Fəaliyyətlərin Təqdimatı” çərçivəsində
həyata keçirilən digər yoxlamada; TS EN ISO 9001:2015 Keyfiyyət
İdarəetmə Sistemi Standartının maddələri ilə bağlı tətbiqlər
ətraflı şəkildə araşdırılıb. Digər yoxlama nəticəsində TSE İcraiyyə
Komitəsinin 25.10.2022-ci il tarixli qərarı ilə TİCARET Keyfiyyət
İdarəetmə Sistemi Sertifikatı ilə birlikdə IQNET Sertifikatı
(Beynəlxalq Tanınma Sertifikatı) almaq hüququ qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir