Jurnalistlər üçün “Eduaz.com” platforması üzərindən onlayn təlimlər təşkil ediləcək

Bakı. Trend:

Noyabrın 24-də “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım
platformasının təqdimat mərasimi çərçivəsində yaxın gələcəkdə
Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, “EDUAZ co”
MMC-nin və Anadolu Agentliyinin birgə əməkdaşlığı ilə “Eduaz.com”
platforması üzərindən jurnalistlər üçün onlayn təlimlərin təşkil
ediləcəyi barədə məlumat verilib.

Trend-in məlumatına görə, layihə ilə bağlı təqdimatla çıxış edən
“EDUAZ co” MMC şirkətinin layihə meneceri Lalə Həsənova bildirib
ki, jurnalistlərin peşəkarlığının artırılması, bu sahədə yeni
tendensiyaların öyrənilməsi məqsədilə medianın istifadəsinə
veriləcək onlayn təlim platforması daha geniş auditoriyanı əhatə
edəcək, vaxta qənaət edilməsinə şərait yaradacaq, məkan və zamandan
asılı olmayaraq təlimlərdən faydalanma və rahat funksionallıqdan
istifadə imkanı təqdim edəcəkdir.

Təlimlərin sonunda onlayn sertifikatların təqdim edilməsini
nəzərdə tutan layihə təkcə media nümayəndələri üçün deyil, eyni
zamanda tələbələr, müəllimlər və biznes subyektləri üçün də
müxtəlif mövzuların öyrənilməsi, şəxsi inkişafın təmin edilməsi
sahəsində operativ və çoxməzmunlu platformaya çevriləcək, öyrənmə
və inkişaf imkanlarını artırmaq istiqamətində effektiv yerli resurs
olacaqdır.

Daha sonra platformada təşkil edilən kurslar barədə məlumat
verilib, tədbir iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir