KOBİA Qarabağda biznes fəaliyyəti üçün 1300-dən artıq müraciət alıb – Orxan Məmmədov

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərimiz aqrar sektorun inkişafının
yeni təkanverici qüvvəsi kimi böyük potensiala malikdir. Qarabağ
bölgəsinin malik olduğu təbii üstünlüklər, su ehtiyatları,
əlverişli coğrafi mövqe və tarixi ixtisaslaşma təcrübəsi burada
həyata keçiriləcək ağıllı kənd konsepsiyası ilə vəhdət şəklində
aqrar sektorun inkişafının yeni keyfiyyət müstəvisinə
qaldırılmasına imkan verəcəkdir.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 24-də “Məsləhət
xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və
ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər
zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı
konfransında deyib.

O qeyd edib ki, yerli və xarici sahibkarlar Qarabağda biznes
fəaliyyəti həyata keçirmək üçün kifayət qədər maraq
göstərirlər.

“Bu günə qədər, 1300-dən artıq müvafiq müraciət KOBİA tərəfindən
qeydə alınmışdır. Daxil olan investisiya təkliflərinin təqribən
20%-i kənd təsərrüfatı və aqrar sektor ilə bağlıdır.

Bu baxımdan, aqrobiznes və aqrar turizm sahəsində həyata
keçirilmiş layihə əhəmiyyətli bir dövrə təsadüf edir və ümidvaram
ki, sektorda yeni inkişaf meyllərinin və yanaşmaların tətbiqinin
genişləndirilməsi baxımından öz töhfəsini verəcəkdir”, – deyə
O.Məmmədov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir