Laçın dəhlizi Ermənistan tərəfindən razılaşmalara zidd formada istifadə edilir – Ceyhun Bayramov

Bakı. Trend:

Laçın dəhlizi Ermənistan tərəfindən razılaşmalara zidd formada
istifadə edilir.

Trend-in xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov
bu gün ADA Universitetində Ağdam Beynəlxalq Konfransı çərçivəsində
çıxışından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanata əsasən dəhlizin
prinsipləri və istiqamətləri var.

“Dəhliz onlara zidd olaraq istifadə edilir. Buna son
qoyulmalıdır. Bu barədə Azərbaycan tərəfi bütün lazımi addımları
atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər
tərəfdaşlarla danışıqlarımız davam edəcək”, – deyə C.Bayramov əlavə
edib.

Xəbər yenilənəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir