Maliyyə sektorunun kibertəhlükəsizliyi strategiyasının elementləri 2023-cü ildə tətbiq olunacaq – Mərkəzi Bank

Bakı. Trend:

Maliyyə sektorunun kibertəhlükəsizliyi strategiyasının
elementlərinin tətbiqi artıq 2023-cü ildə başlayacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan
Mərkəzi Bankının baş direktoru Fərid Osmanov bu gün VI Beynəlxalq
bankçılıq forumunda deyib.

O bildirib ki, Mərkəzi Bank bu ilin sonunadək strategiyanın
ilkin versiyasının hazırlanmasını başa çatdırmağı planlaşdırır.
Strategiya üçillik müddəti əhatə edəcək.

F.Osmanov qeyd edib ki, Mərkəzi Bank hazırda rəqəmsal manatın
tətbiqi məsələsi üzrə məsləhətləşmələri davam etdirir.

“Azərbaycan Mərkəzi Bankı bu məsələdə Beynəlxalq Valyuta Fondu
ilə əməkdaşlıq edir. Rəqəmsal manatın inflyasiyaya necə təsir
edəcəyini də qiymətləndirmək lazımdır”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir