NATO-nun nümayəndə heyəti HDQ-də olub (FOTO)

Bakı. Trend:

NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının
nümayəndələrinin “NATO günləri” çərçivəsində ölkəmizdə səfəri davam
edir.

Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, nümayəndə heyəti noyabrın 24-də Hərbi Dəniz
Qüvvələrini (HDQ) ziyarət ediblər.

Qonaqlara Azərbaycan HDQ-nin tarixi və fəaliyyət istiqamətləri
haqqında brifinq təqdim olunub.

Sonra NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının
nümayəndələri NATO-nun yaranma tarixi, strukturu və ümumi
fəaliyyətini əhatə edən müxtəlif mövzularda çıxışlar ediblər.

Təqdimatlar başa çatdıqdan sonra qarşılıqlı maraq doğuran
suallar cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir