Ötən illə müqayisədə özünü öldürmə cinayətində azalma var

Bakı. Trend:

Ötən illə müqayisədə özünü öldürmə cinayətində azalma var.

Trend-in məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev Baş
Prokurorluğun Elmi Məsləhət Şurasının iclasında deyib.

O bildirib ki, bəzi hallarda yazılar düzgün işıqlandırılmır:
“Biz bir müddət əvvəl jurnalistlərlə görüş təşkil etdik. İntihar
xəbərlərin yayılmasının qarşısının alınması ilə bağlı müzakirələr
apardıq. Bu, öz nəticəsini verdi. Bu ilin birinci yarımili ilə ötən
ilin birinci yarımilini müqayisə etdikdə 30-50 fakt azalma qeydə
alınıb. Mətbuat artıq bu xəbərlərə həssaslıq nümayiş etdirir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir