Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 13 nəfər xilas edilib – FHN

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, daxil olmuş
zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən
sutka ərzində 31 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma
faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş
təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si
azyaşlı olmaqla 13 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin
Binəqədi rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar
edilərək aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir