Pedaqoji Universitetdə Şuşanın tarixi və ədəbi-mədəni mühitinə həsr olunan yeni kitabların təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 23-də Azərbaycan Dövlət Peaqoji Universitetində (ADPU)
Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Şuşa
ədəbi-mədəni mühiti” mövzusunda elmi seminar və kitab tədimatı
keçirildi.

ADPU-dan Trend-ə bildirilib ki, kafedra müdiri dosent Naibə
Əhmədova giriş sözü ilə seminarı açaraq bildirdi ki, kafedranın
bugünkü elmi seminarı “Şuşa ili” çərçivəsində keçirilən silsilə
tədbirlərin növbətisidir.

Şuşa ədəbi-mədəni mühitinin yetirmələrinin öz şəxsiyyətləri və
fəaliyyətləri ilə Azərbaycan elminə, ictimai fikir tarixinə verdiyi
töhvələrdən bəhs edən dos. N.Əhmədova bu mövzuda elmi seminarın
professor-müəllim heyəti və tələbə auditoriyası üçün elmi
əhəmiyyətini vurğuladı.

Seminarda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım
Assosiasiyasının (AVCİYA) “Şuşa ili”nə həsr etdiyi layihə
çərçivəsində “1905.az” portalı ilə birgə nəşr etdiyi yeni elmi
əsərlərin təqdimatı keçirildi.

Ümumi tarix və tarixin tədrisi texnlolgiyası kafedrasının
dosenti Afaq Priyeva “Şuşa. Müxtəsər tarix (1752-2022)”, Azərbaycan
tarixi kafedrasının dosenti Zakir Kərimov “Bizim Şuşa (söhbətlər)”,
həmin kafedranın baş müəllimi Cəfər Xanəliyev isə “Şuşa.
Ədəbi-mədəni mühit” kitabları haqqında müəllim və tələbələr üçün
təqdimatlarla çıxış etmiş, Assosiasiya və 1905.az portalının
layihəsi çərçivəsində mütəxəssislər tərəfindən ərsəyə gətirilən bu
qiymətli əsərlərin mədəniyyət paytaxtımız Şuşanın tarixi və bu
gününə mənbələrin işığında qısa ekskurs etməyə imkan verdiyini
vurğulayıblar. Qeyd olunub ki, hazırda Şuşa yeni çiçəklənmə dövrünü
yaşayır, burada dövlətimiz nəhəng mədəni layihələr gərçəkləşdirir.
ADPU-nun tarixçi alimləri də bu prosesləri diqqətlə izləyərək,
yenilikləri tədrisə tətbiq etməyə, habelə, Zəfər tariximizə yeni
töhfələr verməyə səy edirlər.

Tədbir əsərlərin müzakirəsi ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir