“PlayStation 6″nın çıxacağı tarix məlum oldu

Bakı. Trend:

Sony növbəti nəsil konsolu 2027-ci ildən tez buraxmayacaq.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən “Eurogamer”
portalı məlumat yayıb.

“PlayStation 6″nın buraxılış vaxtı haqqında məlumat, “Sony”nin
etiraz etdiyi “Microsoft” və “Activision Blizzard” arasında
müqavilənin Böyük Britaniyada davam edən təhqiqatının bir hissəsi
olaraq ictimaiyyətə açıqlanan sənəd sayəsində əldə edilib.

“Sony”nin şirkətindən bildirib ki, “Microsoft” tərəfindən oyun
studiyasının alınması 2027-ci ildə “PlayStation”ın növbəti nəsli
buraxılana qədər yaponların məşhur “Call of Duty” franşizasını
itirməsinə səbəb ola bilər.

Beləliklə, “Sony” yaxın gələcəkdə “PS6″nın satışa çıxarılması
planlarını təsdiqlədi. 2027-ci ilə qədər “PlayStation 5″in həyat
dövrü yeddi il olacaq. Eyni zamanda, 2013-cü ildə buraxılan PS4
hələ də aktualdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir