Prezident İlham Əliyevin Serbiya Respublikasına səfəri – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Bakı. Trend:

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Serbiya Respublikasına rəsmi səfərə gedib. Dövlətimizin
başçısını Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç
qarşılayıb. Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının
dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri
qarovul dəstəsi düzülüb.

Azərbaycan və Serbiya Respublikaları arasında ikitərəfli
münasibətlər uğurla inkişaf edir.

Trend-in məlumatına görə, Tofiq Abbasovun təqdimatında AzTV-nin
“Əsas məsələ” verilişində “Prezident İlham Əliyevin Serbiya
Respublikasına səfəri” mövzusunda aparılan müzakirələr zamanı bu
barədə ətraflı danışılıb. Verilişin qonaqları Eyyub Kərimli –
“İqtisadi və Sosial Araşdırmalar” İB-nin sədri, Elşən Məcidov –
siyasi şərhçi, Hikmət Babaoğlu – Milli Məclisin deputatı və Ceyhun
Məmmədov – Milli Məclisin deputatı, mövzu ətrafında müzakirə
aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir