Prezident İlham Əliyevin Serbiyaya səfəri iki ölkə arasında əməkdaşlığı gücləndirəcək – Səttar Möhbalıyev

Bakı. Trend:

“Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın
demokrtaik inkişaf yolu bu gün ölkəmizdə özünün ən yüksək
mərhələsini yaşayır. Ölkə həyatının bütün sahələrini əhatə edən
dayanıqlı və ardıcıl inkişaf xətdi Azərbaycanı regionda lider,
dünyada isə son dərəcə əhəmiyyətli dövlətə çevirib. Dövlətimizin
başçısı cənab İlham Əliyevin xarizması, nümunəvi davranışları,
özünəməxsus idarəçilik qabiliyyəti, siyasət elmini dərindən
bilməsi, həmçinin Azərbaycanın xarici ölkələrlə münasibətlərinin
qurulmasında və inkişafında sərgilədiyi yanaşma, atdığı hər bir
imzasına verdiyi dəyər ölkəmizin beynəlxalq nüfüzünü günü-gündən
yüksəldib, etibarlı tərəfdaş imicini qazandırıb. Həm regional və
beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı dövlətlər Azərbaycan
haqqında danışarkən ilk növbədə ölkəmizi sadiq tərəfdaş olaraq
təqdir edir, əməkdaşlıqdan məmnunluq ifadə edirlər. Prezident İlham
Əliyevin həyata keçirdiyi uğurlu və keyfiyyətli xarici siyasət
dövlətimizə, xalqımıza beynəlxalq səviyyədə müsbət imic qazandırıb.
Bu, bilavasitə cənab İlham Əliyevin daim müdrik xalqının
mənafeyindən, dövlət maraqlarından çıxış etməsi ilə sıx
bağlıdır.

Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, hazırda Avropa ölkələri ilə Azərbaycanın
əlaqələri bütün sahələri əhatə etməklə genişlənir: “Burada enerji
siyasətinin üstünlüyünü xüsusilə qeyd etmək istərdim. Ulu Öndər
Heydər Əliyev tərəfindən hazırlanan Azərbaycanın enerji
strategiyası onun layiqli davamçısı cənab İlham Əliyevin bu sahədə
gördüyü işlər, reallaşdırdığı layihələr sayəsində Avropanın
üzləşdiyi böhran fonunda xilaskar rolunu oynayır. Bu da etibarlı
tərəfdaş olan ölkəmizin dostlarının sayını artırmaqdadır. Mən
Prezident İlham Əliyevin noyabrın 23-də Serbiya Respublikasına
rəsmi səfərini qeyd etmək istərdim. Dövlətimizin başçısının burada
yüksək səviyyədə qarşılanması, ona göstərilən ali münasibət cənab
İlham Əliyevin şəxsi nüfuzunun və onun dünya siyasətinə verdiyi
mühüm töhfələrin göstəricisidir. Bu ölkə ilə Azərbaycanın
münasibətlərinin səviyyəsi hər zaman yüksək olub, siyasi dialoq,
qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə xidmət
edib. Həmçin münasibətlərimizdə hüquqi baza rolunu oynayan müxtəlif
sənədlər mövcuddur. Hər iki dövlət biri-birinin suverenliyinə və
ərazi bütövlüyünə dəstək verirlər”.

S.Möhbalıyev əmin olduğunu bildirib ki, dövlətimizin başçısının
Serbiyaya səfəri, imzalanan sənədlər, aparılan danışıqlar
əlaqələrimizin möhkəmlənməsinə və genişlənməsinə, qarşılıqlı maraq
kəsb edən sahələrdə əməkdaşlığın güclənməsinə əhəmiyyətli töhfələr
verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir