Putinin Makronla telefon danışığı razılaşdırılmayıb – Peskov

Bakı. Trend:

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron
arasında telefon danışığı hələlik razılaşdırılmayıb və bununla
bağlı konkret təkliflər olmayıb.

Trend “TASS”a istinadən xəbər verir ki, bunu çərşənbə günü
jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi
Dmitri Peskov deyib.

“Hələlik Fransa prezidenti ilə razılaşdırılmış telefon
danışıqları yoxdur. Əslində bununla bağlı konkret təkliflər
olmayıb”, – deyə D.Peskov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir