Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması diqqət çəkir – DTX rəisinin birinci müavini

Bakı. Trend:

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisinə hərbi texnikaların daşınması diqqət çəkir.

Trend-in Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına
istinadən məlumatına görə, bunu noyabrın 23-də “Vətən müharibəsinin
təcrübələri” mövzusunda keçirilən konfransda DTX-nin rəisinin
birinci müavini general-leytenant Ceyhun Şadlinski deyib.

O çıxışında qeyd edib ki, iki ölkə arasında münasibətlərin
normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı
revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu
ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq
maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir
silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi,
sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə
etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır.
Həmçinin vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti
yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada
müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait
yaradılması da xüsusilə diqqət çəkir.

İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə
həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətindən də danışan
natiq bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir