Rusiyada istilik elektrik stansiyası çöküb, xəsarət alanlar var

Bakı. Trend:

Rusiyanın Krasnoyarsk şəhərində istilik elektrik stansiyasında
tikinti işləri zamanı çökmə baş verib.

Trend-in
məlumatına görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Qeyd olunur ki, stansiyada montaj işləri zamanı tikilməkdə olan
elektrik filtrinin elementi 4 metr hündürlükdən düşüb.

Ərazidə işlər müvəqqəti dayandırılıb. Hadisənin fəsadlarının
aradan qaldırılması üçün 40 nəfər və ondan çox texnika cəlb
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir