Sabah Aktauda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək

Bakı. Trend:

Noyabrın 25-də Qazaxıstanın Aktau şəhərində
Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat
nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi
məlumat yayıb.

Görüşdə Gürcüstanın da iştirak edəcəyi gözlənilir. Görüş üç
ölkəni maraqlandıran məsələlər üzrə mövcud koordinasiyanı
gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni
gücləndirmək məqsədi daşıyır.

İclasda Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və
Qazaxıstan torpaqlarından keçən Orta Dəhliz Marşrutunun inkişafı və
istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”nin imzalanması
planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir