Sabah hava necə olacaq?

Bakı. Trend:

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın
temperaturu gecə 9-12° isti, gündüz 13-17° isti olacaq. Bakıda gecə
10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm
civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin axşama
doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər
saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-20° isti,
dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir