Son dörd ayda Kəlbəcər və Laçında 1000-dən çox mina aşkar edilib

Bakı. Trend:

Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın
sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd
2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728)
aşkarlanaraq zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin
Azərbaycan ərazilərində Ermənistan istehsalı yeni minaların
aşkarlanması və davam edən mina təhdidi barədə bugünkü
açıqlamasında deyilir.

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat
verildiyi kimi, Sarıbaba yüksəkliyinin şimal istiqamətində
Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı
dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı
350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb”, – deyə
məlumatda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir