Türkiyə Kuba ilə əməkdaşlığı inkişaf etdirəcək – Ərdoğan

Bakı. Trend:

Türkiyə Kuba ilə ticarəti 200 milyon dollara çatdırmaqda
qərarlıdır.

Trend xəbər verir ki, bunu çərşənbə günü Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan Kuba Prezidenti Migel Mario Dias-Kanel
Bermudes ilə mətbuat konfransında deyib.

“Bu istiqamətdə biz ilk növbədə enerji, turizm, tikinti, kənd
təsərrüfatı, səhiyyə və ətraf mühitin mühafizəsi kimi sahələrdə
mövcud əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını
qiymətləndirdik”, – deyə Türkiyə Prezidenti bildirib.

R.T,Ərdoğan xatırladıb ki, Kuba prezidenti səviyyəsində
Türkiyəyə sonuncu səfər inqilabçı lider Fidel Kastronun hakimiyyəti
dövründə 1996-cı ildə İstanbulda keçirilən Habitat Sammiti zamanı
baş tutub. R.T.Ərdoğan qeyd edib ki, 2015-ci ildə Kubaya rəsmi
səfər edən ilk Türkiyə prezidentidir.

Türkiyə Prezidenti vurğulayıb ki, Türk Hava Yolları
İstanbul-Havana arasında həftədə 3 uçuş təşkil edir. Beləliklə,
aviaşirkət iqtisadi, sosial və mədəni əlaqələrin bütün
aspektlərinə, xüsusən də turizmə mühüm töhfə verir.

“Arzu edirəm ki, cənab Diaz-Kanelin səfəri, bu gün qəbul
etdiyimiz qərarlar və bu gün imzalanmış sazişlər hər iki tərəf üçün
faydalı olsun”, – deyə R.T.Ərdoğan əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir