ADPU rektoru Türkiyənin TED Universitetinin rektoru ilə görüşüb (FOTO)

Bakı. Trend:

Türkiyə Respublikasının TED Universitetinin rektoru professor
İhsan Sabuncuoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU
olub.

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, prorektorlar
dosent Eldar Aslanov, Mahirə Hüseynova, Könül Pirverdiyeva,
Filologiya fakültəsinin dekan müavini Könül Həsənova və Beynəlxalq
əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak edib.

Tərəflər bu yaxınlarda Ankarada keçirilən görüşün davamı olaraq
ali təhsil müəssisələri arasında tədqiqat və akademik
istiqamətlərdə əməkdaşlıq mexanizmlərinin qurulması yollarını
müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir