Azərbaycan artıq regional nəqliyyat qovşağına çevrilib – Teodor Deçev

Bakı. Trend:

Azərbaycan iki səbəbdən artıq regional nəqliyyat qovşağına
çevrilib.

Bunu bu gün Trend-ə ADA Universitetində keçirilən “Orta Dəhliz
boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda
beynəlxalq konfransın iştirakçısı, Bolqarıstanın Sənaye Kapitalı
Assosiasiyasının üzvü Teodor Deçev deyib.

“Birinci səbəb koronavirus pandemiyasıdır. Həmin dövrdə
Aktau-Bakı və Türkmənbaşı-Bakı marşrutlarının əhəmiyyəti artıb.
İkinci səbəb isə Ukraynadakı vəziyyətdir, bununla əlaqədar Şimal
marşrutundan istifadə azalıb. İndi Şimal dəhlizindən istifadə edən
yoxdur, belə ki, Rusiya limanlarından gəmilərin çıxışına heç kim
nəzarət etmir. Bu səbəbdən yük axını Azərbaycana yönəlib və bu
şəraitdə Azərbaycan rəhbərliyi mövcud dəyişikliklərə müdrik və
adekvat reaksiya göstərib”, – deyə o bildirib.

T.Deçev qeyd edib ki, Orta Dəhliz adı verilən Qərb-Şərq marşrutu
Şimal-Cənub dəhlizi ilə kəsişir və bu, Azərbaycanı nəqliyyat
qovşağına çevirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir